VƏFTİZ

Janr: Adət komediyası
Rejissor: Yakub Skoçen
Ssenari: Ivo Kardel, Yakub Skoçen
Musiqi: KIIB
Operator: Bartek Çierlitsa
Montaj: Marek Krul, Pavel Şitkeviç
Prodüser: Bojena Krakuvka
İstehsalçı: Andersa Street Art and Media
İstehsal ili: 2022
Metraj: 88 dəqiqə

Rollarda: Katajına Fiqura, Maçey Muşalovski, Tomaş Şuxardt, Mixal Juravski, Aqata Bıkovska, Marta Xıçevska, Marianna Qerşevska, Andjey Konopka, Pyotr Liqienza

Mükafatlar:
2022 Sentyabr (Milli Kino İncəsənəti Festivalı "Prowincjonalia") – Təşkilatçıların Xüsusi Mükafatı
2022 Koşalin (Koşalin Debüt Film Festivalı "Gənclər və Film") – “yaxşı debütun özündə müəllif nəzərini və tamaşaçı üçün kommersiya kinosunun ən cəlb edici elementlərini birləşdirə biləcəyinin isbatına görə; gözəl əyləncəyə, eləcə də pafossuz, gərəksiz şişirtmələr olmadan izah edilən Polşanın çətin tarixi ilə üzləşmək cəhdinə görə. Və sonunda, bütün polyakların bir ailə ola biləcəyini göstərdiyinizə görə” Jurnalistlərin xüsusi mükafatı.
2022 Torun (Beynəlxalq Film Festivalı "Tofifest") –“From Poland” polyak filmləri müsabiqəsində “Qızıl Mələk”
2022 Şvidnitsa (Şvidnitsa Film Festivalı "Spektrum") – III-cü Yer

1981-ci ilin dekabr ayı. Bəziləri yaranmış fövqəladə vəziyyətin "Polşanı süqutdan xilas etdiyini" söylədi, lakin çoxluq bu hadisəni "Polşanın milli ruhuna zərbə vurulması və bütün ümidlərin bir anda puç olması" kimi şərh etdi. Ən kiçik nəvəsinin vəftiz olunacağı gün məhz bu “ümidlərin puç olmasının” qarşısını almaq üçün Marianna (Katajına Fiqura) bütün bacarıqlarını ortaya qoyur. O, ana, nənə və dindar katolik olaraq tez-tez Müqəddəs Məryam anaya dua ilə müraciət edir, Mariannanın tək arzusu bir-birindən incimiş ailə üzvlərini barışdırmaqdır. Onun oğulları və qızları böyük çətinliklərlə dağdakı evə gəlib çatırlar, ana isə övladlarının ölkədə hərbi vəziyyətin elan edilməsi haqqında heç bir xəbər almaması üçün çalışır. Ailədə mübahisə mövzuları yetərli qədərdir. Əlavə olaraq, kilsə icmasına daxil edilməyə hazırlaşdırılan balaca Karolun atasının kimliyi də bilinmir. Mariannanın övladlarının həllini tapmamış keçmiş travmalardan qaynaqlanan problemləri və zəif tərəfləri var; onlar bəzən dünyada öz yerlərini tapa bilmirlər, pis vərdişlərə, acı tənhalığa qaçırlar. Bacı qardaş mübahisələri arasında isə iki böyük qardaşın – Voytek (Tomas Şuxardt) və Tadeuşun (Mixal Juravski) düşmənçiliyi ön plana çıxır və bu düşmənçilik həmin dövrə aid münaqişələrin əsas mövzusunu mükəmməl şəkildə əks etdirərək vətəni adi polyaklara (Tadeuş - katolik) və hakimiyyət nümayəndələrinə (Voytek - kommunist) bölür.

chrzciny chrzciny chrzciny


wisła

FESTİVALIN DİREKTORU

Malqojata Şlaqovska
malgorzata@ear.com.pl

LAYİHƏ MENECERİ

Izabela Qerçak
iza@ear.com.pl

ORGANIZATOR
Fundacja Nowa Przestrzeń
Warszawa
+48 22 523 41 18

BAŞQA DÖVLƏTLƏR

www.festiwalwisla.pl