Janr: dram
Rejissor: Yejı Skolimovski
Ssenari: Eva Pyaskovska, Yejı Skolimovski
Musiqi: Pavel Mıkyetın
Operator: Mixal Dımek
Montajçı: Aqneşka Qlinska
Prodüser: Eva Pyaskovska, Yejı Skolimovski
İstehsalçı: Skopia Film, Recorded Picture Company
İstehsal ili: 2022
Metraj: 88 dəqiqə
Rollarda: Sandra Djımalska, Lorenzo Zurzolo, Mateuş Koşçukyeviç, Isabelle Huppert, Tomaş Organek
Mükfatlar:
2022 Kann Film Festivalı (MFF) – Jüri mükafatı
2022 Kann Film Festivalı (MFF) – Cannes Soundtrack Award: Pavel Mıkyetın
2022 Valladolid (Beynəlxalq Film Festivalı) – Rejissorluğa görə mükafat: Yejı Skolimovski
2022 Avropa Kino Mükafatı (əvvəl "Felix") – Yejı Skolimovski Ən yaxşı rejissor kateqoriyasına nominasiya
2022 Avropa Kino Mükafatı (əvvəl "Felix") – Pavel Mıkyetın Ən yaxşı Bəstəkar kateqoriyasında nominasiya
2022 Çikaqo (Amerikada Polyak Film Festivalı) – Jürinin xüsusi mükafatı
2022 Çikaqo (Amerikada Polyak Film Festivalı) – Çikaqo Tənqidçilərinin Mükafatı
2022 Çikaqo (Amerikada Polyak Film Festivalı) – Musiqiyə görə mükafat: Pavel Mıkyetın
2022 New York Film Critics Circle Mükafatı: kateqoriya - Ən yaxşı beynəlxalq film
2022 Los Angeles Film Critics Association Mükafatı: kateqoriya - Ən yaxşı operator Mixal Dımka
2022 Los Angeles Film Critics Association Mükafatı: kateqoriya – Əcnəbi dilində ən yaxşı film
2023 Qızıl Lent (Kino Yazıçıları Dərnəyinin Mükafatı) –kateqoriya: polyak filmi
2023 Oscar (Amerika Kino Sənəti Akademiyasının Mükafatı) – Beynəlxalq Bədii Film kateqoriyasında nominasiya
2023 Cezar (Fransız Kino Sənəti Akademiyasının Mükafatı) – Ən yaxşı xarici film kateqoriyasında nominasiya
2023 Qartal (Polyak Film Mükafatı) – Ən yaxşı film kateqoriyasında nominasiya
2023 Qartal (Polyak Film Mükafatı) – Yejı Skolimovski Ən yaxşı rejissorluq kateqoriyasında mükafat
2023 Qartal (Polyak Film Mükafatı) – Eva Pyaskovska, Yejı Skolimovski Ən yaxşı ssenari kateqoriyasında mükafat
2023 Qartal (Polyak Film Mükafatı) – Mixal Dımek Ən yaxçı operator kateqoriyasında mükafat
2023 Qartal (Polyak Film Mükafatı) – Pavel Mıkyetın Ən yaxşı musiqi kateqoriyasında mükafat
2023 Qartal (Polyak Film Mükafatı) – Aqneşka Qlinska Ən yaxşı montaj kateqoriyasında mükafat
"IA" nəfəs kəsən bir səyahət, cəlbedici kino təcrübəsi və müasir dünyanın təsirli təsviridir.
Yejı Skolimovskinin filmi Kann festivalında sensasiyaya çevrilmiş və Jüri mükafatına layıq görülmüşdür. Ulağın nəmli gözlərində əks olunan bu hekayə 84 yaşlı ustadın qələmindən çıxmasına baxmayaraq bizi bədii cəsurluq və gənclik enerjisi ilə heyrətləndirdi. Heyvanın gözü ilə gördüyümüz bu dünya sirlər ilə zəngindir. İA melanxolik gözlü boz eşşəkdir, həyat yolunda həm yaxşı, həm də pis insanlarla rastlaşır, sevinc və kədər yaşayır. Onun taleyini təsadüfi hadisələr idarə edir: bir saniyə ərzində xoşbəxtlik ümidsizliyə, kədər isə gözlənilməz sevincə çevrilir. Lakin İA heç vaxt məsumluğunu itirmir. Baş qəhrəmanımız Avropanı gəzərkən müxtəlif insan personajları ilə qarşılaşır və beləliklə cəmiyyətimizin qüsurlarını, insan xüsusiyyətlərini, istəklərini və problemlərini ifşa edir. Qeyri-adi qəhrəmanın sayəsində İA-nın hekayəsi insan perspektivindən kənara çıxır, lakin hər şeydən əvvəl bu, dərin humanistik bir filmdir – daxilimizdə məsum qalan hissləri müdafiə edən bir manifestdir. Skolimovski ilə birlikdə biz Avropaya səyahət edirik: sirkdən stadionlara, yük maşınlarının dayanacaqlarına, saraylara qədər gəzirik. Yolumuzda axmaqlıqdan tutmuş zorakılıq, yaxşılıq və həmrəyliyə qədər hər şeyi görürük. Hətta kiçik qarışqanı belə özünə daxil edən bu yığma portret realizmi və uzaqgörənliyi, primitivliyi və metafizikanı, tənqidi və empatiyanı özündə birləşdirir.
Malqojata Şlaqovska
malgorzata@ear.com.pl
Izabela Qerçak
iza@ear.com.pl
ORGANIZATOR
Fundacja Nowa Przestrzeń
Warszawa
+48 22 523 41 18