Janr: kriminal komediya
Rejissor: Maçey Kavalski
Ssenari: Maçey Kavalski
Musiqi: Lukaş Tarqoş
Operator: Pavel Dıllus
Montaj: Mixal Çarnetski
Prodüserlər: Aqmeşka Cecits, Leçek Bodzak, Aneta Hikinbotham
İstehsalçı: Koi Studio
İstehsal ili: 2022
Metraj: 103 dəqiqə
Rollarda: Tomaş Kot, Marçi Doroçinski, Andjey Severin, Voyçex Metsvaldovski, Lukaş Vuyçik
Mükafatlar:
2022 Varşava (Varşava Film Festivalı) – Ən yaxşı film kateqoriyasında Tamaşaçı Mükafatı
Tadeuş Boy-Jelenki, Vitkasi, Josef Konrad və Bronislav Malinovski bütün gecə davam edən “ağır” ziyafətdən sonra oyanırlar. Xumarlıqdan başları çatlayır, heç kəs heç nə xatırlamır, evdə tapılan naməlum kişi cəsədi isə vəziyyəti daha da çətinləşdirir. Əlavə olaraq, qanun keşikçiləri evin qapısını döyürlər və bu, problemlərin hələ başlanğıcıdır. Onlar zamanla yarışmağa başlayırlar, və bu yarışda qəhrəmanlar özlərini şübhələrdən, cəmiyyətin təhlükəli şayiələrindən azad etməlidirlər, eləcə də müəmmalı ölümün sirlərini mümkün qədər tez tapmalıdırlar. Çox keçmədən bu zirək və riski sevən centlmenlərin sayəsində mədəni həyatın göbəyi olan Zakopane şəhəri Zofia Nalkovska və Yuzef Pilsudski də daxil olmaqla, quldurların, sənətçilərin və siyasətçilərin iştirakı ilə böyük intriqaların fonuna çevriləcək. Poroninə yenicə gələn Lenin isə özü qəhrəmanların qarşısını kəsəcək.
Malqojata Şlaqovska
malgorzata@ear.com.pl
Izabela Qerçak
iza@ear.com.pl
ORGANIZATOR
Fundacja Nowa Przestrzeń
Warszawa
+48 22 523 41 18